Əfqanıstanda aviazərbələr zamanı 3 "Taliban" lideri öldürülüb

3-08-2019, 05:41           
Əfqanıstanda aviazərbələr zamanı 3 "Taliban" lideri öldürülüb
Əfqanıstanda aralarında Fərah əyalətinin “kölgə qubernator”unun da olduğu üç “Taliban” lideri hava zərbələri nəticəsində məhv edilib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin “Twitter” səhifəsində deyilir.

Məlumata görə, aviazərbələr Əfqanıstanın qərbindəki Fərah əyalətinin Xak Səfid bölgəsinə endirilib. Zərbələr nəticəsində Fərah əyalətində “kölgə qubernator” kimi tanınan Molla Abdul Bari və terrorçuların qərb əyalətlərindəki koordinasiya hərəkətlərinə məsul daha iki komandir zərərsizləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru