Bakıda kişi 10 gün əvvəl evlənmək məqsədilə qaçırdığı xanımı ölümcül döyüb

4-08-2019, 09:47           
Bakıda kişi 10 gün əvvəl evlənmək məqsədilə qaçırdığı xanımı ölümcül döyüb
Bakıda kişi on gün əvvəl evlənmək məqsədilə qaçırdığı xanımı ölümcül döyüb.

“Report” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, hələlik adı məlum olmayan şəxs 1999-cu il təvəllüdlü İbrahimova Suzanna Adil qızının baş nahiyəsinə yumruqla çoxsaylı zərbələr endirib. Aldığı zərbələrdən İ. Suzanna huşunu itirib.

Zərərçəkən hadisə yerinə çağrılan təcili tibbi yardım əməkdaşlarının köməkliyi ilə xəstəxanaya gətirilib. Həkimlərin müayinəsindən sonra 20 yaşlı gənc xanıma qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru