ABŞ-da baş vermiş atışma zamanı altı nəfər meksikalı həlak olub

5-08-2019, 07:00           
ABŞ-da baş vermiş atışma zamanı altı nəfər meksikalı həlak olub
ABŞ-ın El-Paso şəhərində baş vermiş atışma zamanı altı nəfər meksikalı həlak olub.

"Report" "RİA Novosti"ya istinadən xəbər verir ki, bu barədə Meksika prezidenti Andres Manuel Lopes Obrador bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində daha yeddi meksikalı yaralanıb.

Xatırladaq ki, Amerikanın Texas və Ohayo ştatlarında baş vermiş kütləvi atışmalarda ümumilikdə 29 nəfər öldürülüb.

Texas ştatında “Walmart” ticarət mərkəzində baş verən silahlı insident zamanı 20 nəfər həlak olub. Ohayo ştatının Deyton şəhərində təqribən gecə saat birdə barın yaxınlığında duran insanlara atəş açılıb, nəticədə 9 nəfər ölüb, 26 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru