Rusiyada azərbaycanlı jurnalistə böyük etimad - Vitse-prezident oldu

5-08-2019, 10:50           
Rusiyada azərbaycanlı jurnalistə böyük etimad - Vitse-prezident oldu
Rusiyada jurnalist kimi fəaliyyət göstərən həmyerlimiz Şəhriyar İmanbəyli media sahəsində yüksək vəzifəyə təyin edilib.
Modern.az xəbər verir ki, gənc jurnalist Rusiyanın “Vostok” Media Holdinqinin vitse-prezidenti seçilib. O, həmçinin, həmin media holdinqin tərkibindəki "Vostok" telekanalının icraçı direktoru vəzifəsini yerinə yetirəcək.

Şəhriyar İmanbəyli təyinatla bağlı Modern.az-a açıqlamasında bunları deyib:
““Vostok” Media Holdinqə vitse-prezident təyin edildim. Eyni zamanda həmin holdinqə aid və 2 milyondan çox abunəçi izləyicisi olan "Vostok" telekanalının icraçı direktoru vəzifəsini yerinə yetirəcəyəm. Mənə bu etimadı göstərdiyi üçün başda "Vostok” Media Holdinqin sahibi və prezidenti Valeri İlişayevə dərin təşəkkürümü bildirirəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru