Texasda baş verən silahlı insidentdə ölənlərin sayı artıb 6-08-2019, 07:21 ABŞ-ın Texas ştatında hipermarketdə baş verən atışma nəticəsində ölənlərin sayı 22-yə çatıb, 40 nəfər isə xəsarət alıb.Trend-in məlumatına görə, bundan əvvəl 20 nəfərin öldüyü və 40 nəfərin yaralandığı qeyd olunurdu.Belə ki, daha iki nəfər xəstəxanda dünyasını dəyişib.Xatırladaq ki, atışma El-Paso şəhərində “Walmart” mağazasında baş verib. Hadisənin 21 yaşlı Dallas sakini tərəfindən törədildiyi bildirilir. Facebook-da paylaş