Gömrükdə yenə tıxac yarandı - Foto

6-08-2019, 16:13           
Gömrükdə yenə tıxac yarandı - Foto
Bu gün səhər saatlarından başlayaraq Dövlət Sərhəd Xidmətinin Mamızçay keçid məntəqəsində tıxac yaranıb.
Teref.az xəbər verir ki, bu haqda məlumatı Cebhe.info xəbər portalının direktoru Rəfael Becanov paylaşıb. DSX və Gömrük Komitəsinin əməkdaşlarının səhlənkarlıqları ucbatından yenə də insanlar keçid məntəqəsində saatlarla gözləmək məcburiyyətində qalıblar:

“Növbənin ucu-bucağı yoxdur. Benzin aparanlarla, alver edənlərlə adi adamları eyniləşdirirlər. Saatlarla növbədə dayanmağı niyə haqq etmişik? Günahımız nədir?

Elçin Quliyevdən soruşan lazımdı sən belə asanlaşdırıbsan keçidi? Xəstə qadın bizi buraxın deyir, eşidən yoxdu! Bu hansı insanlıqdır? Dünyanın harasında belə növbələr var? Bunun bir axrı olacaqmı? Sərhəd xidməti belə, gömrük xidməti belə? Niyə imkan vermirsiz bu vətəndaşlar dövlətdən razı qalsın? Məqsədiniz nədir?” deyə R. Becanov yazıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru