Beyləqanda ağır qəza, ölən var

7-08-2019, 00:02           
Beyləqanda ağır qəza, ölən var
Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Kamaz” markalı yük maşını qarşıdan gələn “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə “Mercedes”də olan sərnişin, 1994-cü il təvəllüdlü Xıdırlı Aişə Mətləb qızı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.