Yunanıstanda uşaqları daşıyan turist avtobusu yanıb - VİDEO

8-08-2019, 07:50           
Yunanıstanda uşaqları daşıyan turist avtobusu yanıb - VİDEO
Yunanıstanda uşaqları daşıyan turist avtobusunu alov bürüyüb.

“Report” xəbər verir ki, bu barədə yerli "kozanilife.gr" nəşri məlumat yayıb.

Hadisə çərşənbə günü axşam ölkənin şimalında yerləşən Kozani şəhəri yaxınlığından keçən Eqnatia avtomagistralı üzərində yerləşən Vermirn tunelində olub. Avtobus Kozani şəhərinin Halkidiki kurort zonasından gəlirmiş və hazırda bilinməyən səbəblərdən yanıb.

Sürücü yanan nəqliyyat vasitəsini tuneldən çıxara və yol kənarında saxlaya bilib. Ardınca bütün sərnişinləri avtobusdan təxliyyə edib.

Bildirilir ki, hadisə nəticəsində heç kim xəsarət almayıb. Avtobusun yanma səbəbləri araşdırılır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.