Abşeron rayonunda qadına qarşı soyğunçuluq törədilib.
APA xəbər verir ki, hadisə Xırdalanda baş verib.
Belə ki, naməlum şəxs 1969-cu il təvəllüdlü Zərinə Qaracayevaya qarşı zor tətbiq edərək qızıl-zinət əşyalarını alıb. Faktla bağlı rayon polisi tərəfindən əməliyyat-axtarış işləri aparılır.