Tovuzda dəhşətli qəza: ölən və yaralananlar var

9-08-2019, 08:21           
Tovuzda dəhşətli qəza: ölən və yaralananlar var
Tovuz şəhərində bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Teref.az "Report"a istinadən xəbər verir ki, üç avtomobilin toqquşması ilə nəticələnən qəzada ölən və yaralıların olduğu bildirilir.

Qəza nəticəsində Murtuzəliyeva Aysel Əhməd qızı, Murtuzəliyeva Ayşən Əhməd qızı, Murtuzəliyeva Vüqar Vüsal oğlu müxtəlif bədən xəsarətələri alıblar. Onlar dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Zəncirvari avtomobil qəzası zamanı ölən şəxslər isə Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü Müzəffər İlqar oğlu Hüseynzadə, 1983-cü il təvəllüdlü Qasımov Kamran Sakit oğlu və Mustafayeva Nailə Yolçu qızıdır.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru