Bakıda səsyazma studiyasında dava: ərlə arvad döyüldülər

10-08-2019, 00:25           
Bakıda səsyazma studiyasında dava: ərlə arvad döyüldülər
Studiyanın rəhbəri qadınla kişini döyüb

Xətai rayonunda döyülmə hadisəsi baş verib.

Teref.az APA-ya istinadən xəbər verir ki, Xətai rayonunda yerləşən səsyazma studiyalarının birində müştəri, 1986-ci il təvəllüdlü Vasif Xıdırov və onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Şəbnəm Xıdırova döyülüblər.

Zərərçəkmiş şəxslərin Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına verdiyi izahata görə, onları studiyanın rəhbəri Kamran adlı şəxs döyüb.

Xətai RPİ tərəfindən Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru