Nərimanovda gənc oğlan özünü hündürlükdən ataraq intihara cəhd edib 10-08-2019, 05:50 Nərimanov rayon Arif Heydərov 27 ünvanında intihara cəhd hadisəsi olub."Report" xəbər verir ki, 1997-ci il təvəllüdlü Əkbərov Nihat Rafiq oğlu özünü hündürmərtəbəli binadan ataraq, intihara cəhd edib. Ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib. Facebook-da paylaş