Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb

10-08-2019, 06:07           
Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb
Sabunçu rayonunda kütləvi dava olub.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib. Dava edənləri ayırmaq istəyən 2000-ci il təvəllüdlü Xəlilov Pərviz Elxan oğlu və 1999-cu il təvəllüdlü Bayramov Fərhad Əli oğlu bıçaqlanıb.

Hər iki yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. P.Xəlilova sol budun, F.Bayramova isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.