Zaqatalada gün ərzində ikinci dəfə zəlzələ olub. Teref.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, təkanlar yerli vaxtla saat 15:22-də Zaqatala stansiyasından 14 km cənub-qərbdə qeydə alınıb. Zəlzələ hiss olunub.