Sabirabadda 4 yaşlı uşaq yanaraq öldü

13-08-2019, 00:14           
Sabirabadda 4 yaşlı uşaq yanaraq öldü
Sabirabadda azyaşlı uşaq yanaraq ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Yaxa Dəllək kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini, 2015-ci il təvəllüdlü Həsənova Yağmur Şamil qızı valideynlərinin gözündən yayınaraq, qamışdan çəkilmiş çəpərə yaxınlaşıb və oradan ot bağlamalarının altına girib. Bu zaman yanğın baş verib. Azyaşlı qız yanğın zamanı yanaraq dünyasını dəyişib.

İlkin versiya kimi, ot tayasını azyaşlının yandırdığı güman edilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru