Bakı Dənizkənarı Milli Parkında Səudiyyə Ərəbistanından olan turist keçinib.Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun “Report”a verdiyi məlumata görə, ərəb turist “Kukla” teatrının yaxınlığında ürək tutmasından ölüb. “Hadisə barədə çağırış 21.54-də daxil olub. Ölən şəxs 50-55 yaş aralığındadır”, – deyə o bildirib. P.Əbubəkirovun sözlərinə görə, turist həkimlər hadisə yerinə gəlməmişdən dünyasını dəyişib.