Gürcüstanda 3 belaruslu turist itkin düşüb

15-08-2019, 07:26           
Gürcüstanda 3 belaruslu turist itkin düşüb
Gürcüstanın Tetnuldi dağında 3 belaruslu turist itkin düşüb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Fövqəladə Halların İdarə Olunması üzrə Xidmətinin məlumatında deyilir.

Məlumatda deyilir: "Tetnuldi dağında Belrusdan olan 3 turist itkin düşüb. Biz bütün mövcud resurslardan istifadə edərək onların axtarışlarını həyata keçiririk".

Bildirilir ki, turistlər alpinistlər qrupunun üzvləri olub və dağdan bazaya qayıtdıqları zaman itkin düşüblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.