Sənəd verməyə gələn tələbə döyüldü - Bakı metrosunda

15-08-2019, 11:15           
Sənəd verməyə gələn tələbə döyüldü - Bakı metrosunda
Bu gün səhər saatlarında Bakı metrosunda insident yaranıb.

AzNews.az xəbər verir ki, hadisə metronun “Elmlər Akademiyası” stansiyasında baş verib.

AzNews.az-ın əməkdaşının gözləri qarşısında baş verən insident Qax rayonundan tələbə adını alan və Bakıya universitetə sənəd verməyə gələn tələbə ilə orta yaşlı qadın arasında yaşanıb.

Stansiyada qatar dayanan anda qadın tələbənin üstünə hücum çəkərək saçlarını yolub.

Bunu görən ata qızını qadının əlindən almaq istəyib. Lakin qarşı tərəfdən tələbə qıza atılan yumruqların bir neşəsi kişiyə dəyib.

Qorxudan rəngi saralan tələbə gözyaşı içində üzünü atasına tutaraq “gedək buralardan” deyə qışqırıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları qadına izahat verməsini istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru