Bakıda reklam löhvəsinə reklam kağızı yapışdıran şəxs yıxılaraq beli qırılıb
16-08-2019, 07:53
Bakıda bədbəxt hadisə baş verib.
APA-nın xəbərinə görə, Nəsimi rayonunun Neftçilər prospektində 1976-cı il təvəllüdlü Əlisafa Əliyev reklam löhvəsinə reklam kağızı yapışdırarkən hündürlükdən yıxılıb. Nəticədə onun beli qırılıb.
Dərhal xəstəxanaya yerləşdirilən Ə.Əliyevin vəziyyətinin ağır olduğu bildirilib.