Arktikada 35 dərəcə isti qeydə

17-08-2019, 07:49           
Arktikada 35 dərəcə isti qeydə
Qütb dairəsi arxasındakı meteostansiya Arktikada tarixin ən yüksək temperaturunu müəyyən edib.AZƏRTAC “nat-geo.ru” saytına istinadla xəbər verir ki, Milli Okean və Atmosfer Tədqiqatları Administrasiyasının (NOAA) məlumatına görə, İsveçdə, Qütb dairəsindən şimalda yerləşən meteoroloji stansiyada iyul ayında Arktika regionu üçün rekord temperatur – 34,8 dərəcə Selsi (94,6 dərəcə Farengeyt şkalası ilə) isti qeydə alınıb.

Rekord temperatur iyulun 26-da Qütb dairəsinin cənub kənarında yerləşən, İsveçin kiçik Markusvins istehkamında müəyyən edilib. İqlimşünas Dik Arndt bəyan edib ki, bu göstəricilər İsveç Meteoroloji İnstitutu tərəfindən təhlil edilib və yoxlanılıb.

Şimal Buzlu Okeanında buzların sahəsi 19,8 faiz azalıb. Bu, 2012 və 2015-ci illərdə qeydə alındığından da çoxdur. Həmin dövrdə də rekord temperaturlar müəyyən edilmişdi.

İqlimşünas Robert Rode bildirib ki, 90 faiz ehtimalla 2019-cu il müşahidələr dövrü tarixində yalnız 2016-cı ildən geri qalaraq ikinci ən isti il olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru