Argentinanın maliyyə naziri devalvasiya fonunda istefa verib

18-08-2019, 08:49           
Argentinanın maliyyə naziri devalvasiya fonunda istefa verib
Argentinanın maliyyə naziri Nikolas Duxovnı istefa verib. Qərar milli valyutanın kəskin devalvasiyası fonunda qəbul edilib.

“Report” xəbər verir ki, bu barədə "Todo Noticias" telekanalı öz "Twitter" səhifəsində məlumat yayıb.

"Bu gün mən 2017-ci ilin yanvarından tutduğum maliyyə naziri vəzifəsindən istefa vermək qərarına gəldim. Mən bunu vəziyyəti nəzərə alaraq, sizin idarəetməyə iqtisadi sahədə əhəmiyyətli yeniliyin zəruriliyinə əmin olduğum üçün edirəm", — deyə Duxovnının ölkə prezidenti Maurisio Makriyə ünvanladığı məktubda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru