Ucar rayonunda insanları qorxuya salan naməlum məxluq tutuldu? - RƏSMİ AÇIQLAMA

18-08-2019, 16:08           
Ucar rayonunda insanları qorxuya salan naməlum məxluq tutuldu? - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun Çiyni kəndi ərazisində yerli əhalini qorxu və dəhşətə salan naməlum tüklü məxluqun axtarışları davam edir.

Sakinlər arasında onun tutulması haqqında şayiələr yayılıb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli xəbəri təkzib edib: "Çiyni kəndi ərazisində artıq neçə gündür ki, polis postları qurulub. Amma hələ ki, deyilən naməlum məxluq görünməyib. Axtarışlar aparılır".

Qeyd edək ki, rayon sakinləri gecələr yaşayış məntəqəsinə çıxaraq insanları qorxudan bədheybətin olduğunu iddia edirlər. Buna görə qadın və uşaqlar, bəzən isə hətta kişilər axşamlar küçəyə çıxmağa qorxduqlarını bildiriblər. (oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru