Almaniyada qaçqın kampında dava: 1 ölü

19-08-2019, 07:38           
Almaniyada qaçqın kampında dava: 1 ölü
Almaniyanın Aşağı Saksoniya əyalətinin Bützfleth şəhərində yerləşən bir qaçqın kampında kütləvi dava olub. AzEuroNews.com xəbər verir ki, hadisə yerinə gedən polis əməkdaşları Əfqanıstan vətəndaşı olan bir şəxsin müqaviməti ilə rastlaşıblar. O, idman aləti ilə polis əməkdaşlarına hücum edib.

Polis əvvəlcə onu sakitləşdirmək istəyib. Daha sonra bibər qazından istifadə edib. Bu da yetərli olmayınca, məcbur xidməti silahı ilə onu vurub.

Əfqan qaçqın elə hadisə yerindəcə keçinib. Onun meyiti məhkəmə tibbi ekspertiza üçün Hamburq şəhərindəki Eppendorf Universitet Xəstəxanasına göndərilib.

Polisin məlumatına görə, öldürülən Əfqanıstan vətəndaşı bir başqa cinayətə görə, polisdə qeydiyyatda olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru