Rus təyyarəsi Gümrüyə sərt eniş etdi

20-08-2019, 09:37           
Rus təyyarəsi Gümrüyə sərt eniş etdi
Rusiyanın “Pobeda” aviaşirkətinin təyyarəsi Gümrü hava limanına sərt eniş edib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Mülki Aviasiya Komitəsi verib. Məlumata görə, insident zamanı təyyarənin bortunda 173 nəfər sərnişin olub. Sərt eniş nəticəsində təyyarənin arxa hissəsi zədələnib.

Aviaşirkət reysin davam etdirilməsi üçün rezerv təyyarələrindən istifadə edəcəyini açıqlayıb.

Qeyd edək ki, “Pobeda” şirkəti Rusiya loukosteridir. Aviaşirkət “Aeroflot”un törəmə şirkətidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru