Daha bir güclü ZƏLZƏLƏ - 6,1 BAL

21-08-2019, 09:58           
Daha bir güclü ZƏLZƏLƏ - 6,1 BAL
Avqustun 21-də Solomon adaları dövlətinə daxil olan Santa-Krus arxipelaqının Utupua adaları sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Avstraliya Seysmoloji Xidməti məlumat yayıb.

Zəlzələ avqustun 21-də yerli vaxtla saat 1:05-də baş verib. Yeraltı təkanların episentri Utupua adalarının sahil xəttindən 50 kilometr şimal-şərqdə, ocağı 77 kilometr dərinlikdə yerləşib.

Həmin adalarda təqribən 1200 nəfər yaşayır. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru