Arvadını məşuqu ilə tutan deputat onu güllələdi

21-08-2019, 21:44           
Arvadını məşuqu ilə tutan deputat onu güllələdi
Rusiyanın Çelyabinsk vilayətində yerli xəstəxananın baş həkimi vəzifəsini icra edən, həmçinin şəhər yığıncağının deputatı olan 51 yaşlı Azad Zaripov arvadının qətlində ittiham olunur.
“Vahid Rusiya” partiyasının deputatı xanımına odlu silahdan bir neçə dəfə atəş edib. Ağır yaralanan qadın xəstəxanada keçinib. Cütlüyün üç uşağı olduğu deyilir. Uşaqların hadisənin şahidi olduqları bildirilir.

Münaqişənin səbəbi hələ bildirilmir. İstintaq orqanlarının rəsmi bəyanatları isə yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.

İddialara görə, balıq ovundan evə qayıdan ər arvadını məşuquyla tutub.

Teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru