Tovuzda dəhşətli qətl:oğul 80 yaşlı atasını pensiya kartına görə çəkiclə öldürdü

22-08-2019, 07:33           
Tovuzda dəhşətli qətl:oğul 80 yaşlı atasını pensiya kartına görə çəkiclə öldürdü
Tovuz rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Rayonun Aşağı Quşçu kəndində yaşayan 50 yaşlı Rasim Məsimov mübahisə zəminində atası 80 yaşlı Məsimov Müzəffər Bayram oğlunun başına çəkiclə zərbələr vuraraq onu qətlə yetirib.

İlkin məlumata görə, hadisəyə atanın oğluna verdiyi təqaüd kartını geri istəməsi olub. Bu zaman oğulla ata arasından mübahisə yaranıb və nəticədə qətl törədilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru