Kosmonavtlar açıq kosmosa çıxdılar

22-08-2019, 13:02           
Kosmonavtlar açıq kosmosa çıxdılar
NASA kosmonavtları Nik Heyq və Andrü Morqan açıq kosmosa çıxıblar.
RİA “Novosti” bildirir ki, kosmonavtlar Beynəlxalq Kosmik Stansiyanın adapteri üzərində işləmək üçün bu addımı atıblar. NASA hadisəni öz internet səhifəsində birbaşa yayımlayıb.

Nik və Andryu skafandrları avtonom qidalanma rejiminə keçiriblər. Stansiyanı ilk olaraq Heyq tərk edib, bu, onun açıq kosmosa üçüncü çıxışıdır. Bir neçə dəqiqə sonra isə Morqan da stansiyanı tərk edib və bu onun açıq kosmosa ilk çıxışıdır.

Kosmonavtlar stansiyadan kənarda 6,5 saat keçirəcəklər. Onlar adapterin quraşdırılması işini yekunlaşdırmalıdırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru