“Gmail” qrammatik səhvləri düzəldəcək

23-08-2019, 08:22           
“Gmail” qrammatik səhvləri düzəldəcək
"Google” şirkəti “Smart Reply” adlı süni intellekt texnologiyasını “Gmail” elektron məktublar xidmətinə inteqrasiya edir. Məlumata görə, sözügedən texnologiya istifadəçilərin qrammatik səhvlərini düzəltməyə kömək edəcək.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, süni intellekt real vaxt rejimində elektron məktubların mətnini təhlil edərək səhvlərin düzəlişi üçün öz variantlarını təklif edəcək. Mətndə tez-tez rast gəlinən qrammatik səhvlər qırmızı, mümkün səhvlər isə göy rənglə fərqləndiriləcək.

Bundan əvvəl “Google” şirkəti “Smart Reply” texnologiyasını sınaq rejimində “Google Docs” xidmətində tətbiq edib. Kompüter təliminə əsaslanan texnologiya müxtəlif tipli məktub və mətnlərdən ibarət məlumat bazalarını təhlil edir.

Hələ ki yeni funksiya yalnız ingilis dilini dəstəkləyən “Google G Suite” bulud xidmətinin istifadəçiləri üçün əlçatandır. İnternet nəhənginin rəsmisi yaxın vaxtlarda bu sistemin digər istifadəçilər üçün də əlçatan olacağına söz verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru