Mərdəkanda avtomobil körpüdən aşdı - 3 nəfər yaralandı
23-08-2019, 14:35
Mərdəkan körpüsündə ağır qəza baş verib. Avtomobil körpüdən aşıb. Teref.az "Report"a istinadən xəbər verir ki, biri uşaq olmaqla üç nəfər xəsarət alıb.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 33 yaşlı kişiyə döş qəfəsinin əziyi, 31 yaşlı qadına qapalı kəllə beyin travması, döş qəfəsinin əziyi, 4 yaşlı oğlan uşağına isə sol baldırın əziyi diaqnozu qoyulub.