İrəvanda atışma olub, ölən və yaralananlar var

26-08-2019, 09:17           
İrəvanda atışma olub, ölən və yaralananlar var
Ermənistanın paytaxtı Yerevanda atışma olub.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə Şenqavit rayonunda, Eqişe Tadevosyan küçəsində qeydə alınıb. Bir neçə nəfər arasında yaranan mübahisə sonda kütləvi dava ilə nəticələnib. Dava zamanı odlu silahdan açılan atəş nəticəsində 3 nəfər xəsarət alıb. Onlar "Erebuni" tibb mərkəzinə yerləşdiriliblər. Yaralılardan biri aldığı ağır xəsarətlərdən tibb mərkəzində ölüb.

Hadisə yerinə gələn polis əməkdaşları ərazidə avtomat və "Makarov" tapançasına aid gilizlər aşkarlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ölən şəxsin və yaralıların şəxsiyyətini araşdırır.

Dünən həm də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı evində qətlə yetirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru