Trampın kiçik oğlu alaçıqda qalıb –Monqolustanda + FOTO

27-08-2019, 22:20           
Trampın kiçik oğlu alaçıqda qalıb –Monqolustanda + FOTO
Bu günlərdə Monqolustana səyahət etmiş ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp bir həftə ərzində qazax alaçığında yaşayıb.

Bu barədə onun özü “Instagram” səhifəsində məlumat paylaşıb.

“Uşaqlar, Monqolustanı tədqiq edərkən oğlum Donni ilə bir həftə alaçıqda qaldıqdan sonra geri qayıtmışıq. At belində və “Jeep” avtomobili uzun yol qət etmişik. Daha çox şəkillər yaxın günlərdə olacaq. Bu, ömrümdə gördüyüm ən gözəl diyarlardan biridir, insanları da olduqca mehribandır. Bu cür heyrətamiz təcrübədən sonra şəbəkəyə qayıtdığıma darıxıram”, – deyə Trampın oğlu qeyd edib.

Daha sonra yerləşdirdiyi şəkillərdən kiçik Trampın qazax alaçığında qaldığı görünür.

Monqolustanın rəsmi “Montsame” informasiya agentliyi də onun, əsasən, Bayan Ulqiy aymaqı ərazisinə səyahət etdiyini bildirib. Həmin yerlər də qazaxların yığcam yaşadığı bölgədir/Report.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.