Arkanzasda naməlum şəxs polisə atəş açıb, ölənlər var

28-08-2019, 07:46           
Arkanzasda naməlum şəxs polisə atəş açıb, ölənlər var
Çərşənbə axşamı ABŞ-ın Arkanzas ştatının Uest-Helena şəhəri yaxınlığında yerləşən bir evdə kişi barrikada quraraq polisə silahlı müqavimət göstərir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis şefi Ceyms Smitə istinadən "Fox News" telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, sözügedən evin qarşısında iki meyit var. Naməlum şəxs polislər evə yaxın getmək istəyən zaman onlara atəş açıb.

Lakin polis şefi evin qarşısında uzanan iki nəfərin öldüyünü birmənalı olaraq təsdiq etmir.

Asayiş keşikçiləri hesab edirlər ki, evin içində girov olduğu güman edilən daha bir nəfər var. Silahlı kişinin şəxsiyyəti hələ müəyyən edilməyib. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri cəlb olunub.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.