Nyu-Yorkda tikintisi gedən bina uçub, ölən və yaralananlar var 28-08-2019, 07:50 ABŞ-ın Bronks rayonunda tikintisi gedən bina uçub.Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Nyu-York şəhərinin yanğından mühafizə xidmətinin "Twitter" səhifəsində deyilir.Məlumatda bildirilir ki, binanın uçması nəticəsində 1 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır."NBC" telekanalının məlumatına əsasən, ölən və yaralananlar ustalar olub. Binanın uçmasının səbəbi araşdırılır. Facebook-da paylaş