İran raketinin partlamasının ABŞ-la heç bir əlaqəsi yoxdur
31-08-2019, 10:37
İranın süni peyk daşıyan raketinin Semnan kosmodrumunda partlamasının ABŞ-la heç bir əlaqəsi yoxdur.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.
Ağ Ev rəhbəri İrana kosmodromda baş verənləri aydınlaşdırmaq üçün uğurlar arzulayıb.
Xatırladaq ki, dünən Associated Press, İranın kosmik mərkəzinin buraxılış meydançasında bir raketin partladığını bildirmişdi. Agentliyin istinad etdiyi görüntülərdə Semnan əyalətindəki İmam Homeyni Milli Kosmodromu təsvir edilib. Şəkillərdə start meydançasında qara tüstünü və raketin qalıqlarını ayırd etmək olur...
İran isə yayılan məlumatı təkzib edib və “Nahid 1” peykinin hazırda sınaq meydançasında olduğunu bildirib.