Kişiyə 40 manat borca görə işgəncə verdilər - Bakıda dəhşət

31-08-2019, 11:40           
Kişiyə 40 manat borca görə işgəncə verdilər - Bakıda dəhşət
Bakıda iki nəfər 42 yaşlı kişini döyərək, ona işgəncə verib.

Oxu.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 122, mənzil 4 ünvanında baş verib.

Nəsimi rayon sakini, 1977-ci il təvəllüdlü Həsənov Azər Əliyyə oğlu Rövşən adlı tanışından 40 manat borc alsa da, onu vaxtında qaytara bilməyib. Nəticədə Rövşənin dostu Elmir adlı şəxs Azər Həsənovu mebel daşımağa kömək etmək adı ilə aldadaraq Rövşənin yaşadığı ünvana aparıb.

Həmin ünvanda Elmir və Rövşən Azər Həsənovu dəmir parçası ilə döyərək ona ağır işgəncələr verib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru