Bakıda qətl hadisəsi baş verib - FOTO

1-09-2019, 09:11           
Bakıda qətl hadisəsi baş verib - FOTO
Bakının Yasamal rayonunda qətl hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, 35 yaşlı Fərid Məmmədov Həsən bəy Zərdabi küçəsində naməlum şəxslə mübahisə zəminində bıçaqlanıb.

O, ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə Respublika Klinik Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

F.Məmmədovun meyiti Məhkəmə Tibbi Ekapertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.

Hadisənin təfərrüatları və kimin tərəfindən törədildiyi araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru