Salyanda küçədə partlayış: Yaşlı kişi xəsarət aldı

1-09-2019, 11:47           
Salyanda küçədə partlayış: Yaşlı kişi xəsarət aldı
Salyanda bədbəxt hadisə baş verib.

Hadisə bu gün səhər saatlarında Salyan şəhəri Qulu Əsgərov küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1939-cu il təvəllüdlü Abbasov Aləddin Qasım oğlu küçədən tapdığı əşyanı yoxlayarkən anidən partlayıb. Nəticədə sol əli ciddi xəsarət alıb.

Yaralı dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda cərrahiyyə şöbəsinə qəbul edilən A.Abbasov əməliyyat olunur. Faktla bağlı araşdırma aparılır./Report/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru