Abşeronda maşın kirayələyən gənc oğlan piyadanı vuraraq öldürüb

2-09-2019, 07:13           
Abşeronda maşın kirayələyən gənc oğlan piyadanı vuraraq öldürüb
Abşeron rayonunun Sulutəpə qəsəbəsində maşın tərəfindən vurulan piyada xəstəxana ölüb.

“Report” xəbər verir ki, hadisəni törədən maşın "Rent a Car"a məxsus olub.

***22:47

Abşeron rayonunun Sulutəpə qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, 21 yaşlı Elsun adlı şəxsin idarə etdiyi "90-RX-085" dövlət qeydiyyat nişanlı avtomobil qəsəbə ərazisində piyada zolağından keçən 23 yaşlı Atayev Elşən İLyas oğlunu vurub.

Hadisə çağırışa gedən "təcili yardım" maşınının qarşısında baş verib. Yaralı həmin "təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb.

İlkin olaraq xəstəyə ağır bədən xəsarətləri diaqnozu qoyulub. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru