Kosmosda ilk otel açılacaq

5-09-2019, 00:03           
Kosmosda ilk otel açılacaq
Kosmosda ilk süni oteli 2025-ci ildə açılacaq.

Teref.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kosmosda tətil keçirmək artıq xəyal deyil, gerçək ola bilər. Belə ki, kosmosda 400 nəfərin qala biləcəyi mətbəx, restoran və kino otaqlarının da olacağı ilk biznes xarakterli otelin 2025-ci ildə xidmətə başlayacağı gözlənilir.

Gateway fondunun hazırladığı və alman elm adamı Von Braunun adı verilən otel 2025-ci ildə orbitdə olacaq.

Otelin dizaynında Beynəlxalq Kosmos Stansiyasının hazırlanmasında istifadə olunan texnologiyadan istifadə olunub. Ancaq süni yer cazibəsi oteldə qonaqların normal hərəkət etmələrinə şərait yaradacaq.

Beləliklə, işləyənlər və qonaqlar rahat şəkildə uzun müddət oteldə qala biləcəklər.

Gateway fondu kosmos otelini hər həftə təxminən 100 turistin ziyarət edəcəyini gözləyir. /Lent.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru