“Apple” ucuz smartfon buraxacaq

5-09-2019, 08:14           
“Apple” ucuz smartfon buraxacaq
“Apple” şirkəti 2020-ci ildə yeni “iPhone SE” smartfonunu buraxmağı planlaşdırır.

Teleqraf.com-un məlumatına görə, yeni telefon gələn ilin yazında satışa çıxa bilər.

Smartfonun qiyməti hələlik açıqlanmasa da, daha ucuz olacağı gözlənilir. Yeni smartfon 4,7 düymlük ekrana, “Touch ID” barmaq izi skanerinə və bir kameraya malik olacaq.

“iPhone SE” smartfonunun birinci versiyası 2016-cı ildə buraxılmış və qiyməti 400 dollar təşkil etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.