"Facebook" tanışlıq üçün yeni xidmət istifadəyə verib - FOTO

6-09-2019, 08:15           
"Facebook" tanışlıq üçün yeni xidmət istifadəyə verib - FOTO
"Facebook" tanışlıq üçün yeni xidmət istifadəyə verib.

"Report" xarici xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizdə bildirilir.

Qeyd edilir ki, "Dating" adlanan yeni xidmətdən istifadə ABŞ, bir sıra Latın Amerikası və cənub-şərqi Asiya ölkələrində, 2020-ci ildə isə Avropada ölkələrində mümkün olacaq.

"Facebook Dating"də profili yalnız yaşı 18 və bundan yuxarı olanlar yarada biləcək. Xidmət şəxsin hesabındakı informasiyaya əsaslanaraq tanış olmaq üçün başqalarını tövsiyə edəcək. İstifadəçilər yeni proqramda həmçinin öz statuslarını "Instagram"dan paylaşa biləcəklər.

Qeyd edilir ki, tanışlıq üçün xidmət tezliklə Argentinada, Braziliyada, Kolumbiyada, Meksikada, Sinqapurda, Tailandda və Vyetnamda istifadəyə veriləcək. 2020-ci ildə bu xidmətdən Avropa ölkələrinin sakinləri də istifadə edə biləcəklər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru