Məktəb direktoru qəza törətdi: - ölən var

6-09-2019, 10:42           
Məktəb direktoru qəza törətdi: - ölən var
Xaçmazdakı yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib.

Oxu.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Xaçmaz rayonunun Nabran qəsəbə sakini, 59 yaşlı Mirbala Orucov idarə etdiyi "Hunday Sonata" markalı avtomobillə piyada, 59 yaşlı Qusarçay kənd sakini İslam Canıyevi vurub. Qəza nəticəsində piyada ölüb.

Qeyd edək ki, qəzanı törədən M.Orucov Nabran orta məktəbinin direktorudur.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru