Qəzza qolağından İsrailə beş raket atılıb

7-09-2019, 07:48           
Qəzza qolağından İsrailə beş raket atılıb

İsrail Müdafiə qüvvələri bildirib ki, Qəzza zolağından İsrail ərazisinə beş raket atəşi açılıb.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, raketlərdən biri İsrailin Fələstinlə sərhəddə yerləşən Sderot şəhərinin kənarındakı açıq əraziyə düşüb. Qələpələrin düşdüyü yerlərdə yanğın olub, lakin tələfat qeydə alınmayıb.

Qeyd edək ki, İsrail ərazisinə raketlərin atılması sərhəddə fələstinlilərin ənənəvi cümə nümayişindən sonra baş verib.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, nümayişlər zamanı 14 və 17 yaşlı iki fələstinli öldürülüb, 76 nəfər yaralanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.