ABŞ-ın Corciya ştatı sahillərində gəmi aşıb

9-09-2019, 06:45           
ABŞ-ın Corciya ştatı sahillərində gəmi aşıb
Sentyabrın 9-da ABŞ-ın Corciya ştatının Atlantik sahillərində yük gəmisi aşıb.

Trend-in məlumatına görə, dörd komanda üzvünün taleyi naməlum olaraq qalır.

Bildirilir ki, 24 komanda üzvündən 20-i təxliyə edilib. Avtomobilləri daşıyan "Golden Ray" yük gəmisi Marşal adaları bayrağı altında Baltimor şəhəri (Merilend ştatı) istiqamətində gedirmiş.

Qeyd edilir ki, aşan gəmidə yanğın başlamışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.