Bakıda iki qardaş pul üstündə bıçaqlanıb

11-09-2019, 07:38           
Bakıda iki qardaş pul üstündə bıçaqlanıb
Bakıda iki qardaş bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun "Şamaxı yolu" adlanan ərazisində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Tahirov Cavid Təşkilat oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Qeyd edək ki, hadisə zamanı onun qardaşı Tahirov Etibar Təşkilat oğlu da bıçaq xəsarəti alıb. E.Tahirov da təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru