“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” “Azərişıq” ASC-ni məhkəməyə verib
24-11-2015, 14:03
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Azərişıq” ASC-ni məhkəməyə verib.
APA-nın məlumatına görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC borcun silinməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. Həmin qərarla razılaşmayan QSC isə apellyasiya şikayəti verib.
Hazırda Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılır.