Suriyada bazara gələn insanlar atəşə tutulub

13-09-2019, 07:09           
Suriyada bazara gələn insanlar atəşə tutulub
Yaraqlılar Suriyanın Rukban düşərgəsindəki bazara gələn mülki şəxsləri dağıtmaq üçün onlara atəş açıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Suriyada müharibə edən tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin brifinqdə deyib.

O bildirib ki, qaçqınlardan alınan məlumata görə, əvvəllər BMT və Suriya Ərəb Qızıl Aypara nümayəndələrinin Ər-Rukbana göndərdiyi yüklərin əhəmiyyətli bir hissəsi yaraqlılar tərəfindən alınaraq düşərgənin şimalında yerləşən "Küveyt Şahid Əhməd Əl-Abdo" qrupunun bazasına aparılıb.

"Sentyabrın 11-də yaraqlılar qida tələb edən dinc sakinlərin dağıdılması üçün Ər-Rukbandakı bazarda atıcı silahlardan atəş açıblar", - deyə Bakin əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru