Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra Rusiyada etiraz aksiyaları təşkil edilib.
Axar.az xəbər verir ki, Türkiyənin Rusiya səfirliyi qarşısında kütləvi etiraz aksiysı keçirilib. Nümayişçilər əllərində, "Bunu unutmayacağıq", "Terroristlərin cinayət ortaqları yox ediləcək" yazılı plakatlardan istifadə ediblər.
Məlumata görə, aksiyaçılar bir türk firmasına aid pivə zavoduna da gediblər. Zavodun qarşısından asılan Türkiyə bayrağını endirərək yumurtaya basıblar.