Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub

17-09-2019, 01:10           
Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub
Bakının Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Memar Əcəmi metrosu yaxınlığında qeydə alınıb. Belə ki, 165 saylı sərnişin avtobusu ilə "VAZ 2106" markalı avtomobil toqquşub.

Qəzada 20 yaşlı Həbiyeva Leyla Həbib qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bud və sol çiyinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru